Estoniyada Rusiya sərhədi yaxınlığında təsadüfən 250 kiloqramlıq aviabomba aşkar edilib.
1xeber.media xəbər verir ki, bu barədə “Postimees” qəzeti məlumat yayıb.
Bildirilir ki, həyəcan mərkəzinə meşədə gəzən şəxsin böyük partlayıcı qurğu tapması barədə məlumat daxil olub.
Hadisə yerinə gələn bomba zərərsizləşdirilməsi mütəxəssisləri bunun aviabomba olduğunu müəyyən ediblər. Hesabatda sursatın hansı ölkədə və nə vaxt istehsal olunduğu qeyd olunmayıb. Bomba zərərsizləşdirilməsi üzrə mütəxəssislər onu məhv etmək niyyətindədirlər./Axar.az