Вернуться назад Распечатать

Əfqanıstanda zəlzələ nəticəsində xəsarət alanların sayı 500 nəfəri keçib

Əfqanıstanın şimalında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 20-dən çox olmaqla, 534-ə çatıb.

1xeber.media xəbər verir ki, bu barədə noyabrın 3-də ölkənin Səhiyyə Nazirliyinin sözçüsü Şərafət Zaman Amarkheil məlumat verib.

"Samanqan və Bəlxdə baş verən zəlzələ nəticəsində 20-dən çox insan həlak olub, 534 nəfər yaralanıb. Hadisə yerində tibb briqadalarıdır", - o, sosial media saytında X (keçmiş Twitter) yazıb.

Nazirlik sözçüsü əlavə edib ki, məlumatlar yekun deyil və ölənlərin sayı arta bilər. Ətrafdakı bütün xəstəxanalar yaralıları qəbul etmək üçün tam hazır vəziyyətdədir.