1xeber.media xəbər verir ki, Rusiyanın baş naziri Mixail Mişustin Pekinə səfər edib.
Bundan əvvəl o, Xançjouda Rusiya və Çin hökumət başçılarının 30-cu növbəti görüşündə iştirak edib.
Çərşənbə axşamı Rusiyanın baş naziri Çin prezidenti Si Cinpinlə görüşəcək.
Daha əvvəl jurnalistlərin sualına Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin Rusiya baş naziri vasitəsilə Si Cinpinə mesaj çatdırıb-ötürməyəcəyini dəqiqləşdirməmişdi. Bununla belə, o qeyd edib ki, Kreml bu səfərə böyük önəm verir.