Вернуться назад Распечатать

Qərb Zelenskini Rusiyaya uçmağa və danışıqlara başlamağa çağırıb

Ukrayna prezidenti Vladimir Zelenski vəziyyətə ayıq nəzər salmalı və Rusiya ilə danışıqlara doğru addım atmalıdır.

1xeber.media xəbər verir ki, Siyasətçi Armando Mema bu çağırışı sosial media saytı X-də edib.

"Mən Zelenskinin yerində olsaydım, Rusiyaya uçub danışıqlara başlayardım", - siyasətçi yazıb. O, həmçinin vurğulayıb ki, Qərb Ukraynanı qeyri-müəyyən müddətə dəstəkləyə bilməz, xüsusən indi Avropada siyasi vəziyyət pisləşir.

Mema həmçinin Avropa sanksiyalarının son raundunun mənasızlığına işarə edərək, onların Rusiyadan daha çox Qərbə zərər verdiyini iddia edib. Bundan başqa, o əlavə edib ki, Ukraynanın tərəfdaş ölkələrinin iqtisadiyyatı hücuma məruz qalır.

Bundan əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan bəyan etmişdi ki, ölkə Rusiya və Ukrayna arasında danışıqların yeni mərhələsinə ev sahibliyi etməyə hazırdır.