Rusiya İtaliyaya xatırladacaq ki, Ukraynaya sponsorluq etmək günah və cinayətdir.
1xeber.media xəbər verir ki, bu xəbərdarlığı İtaliya Xarici İşlər Nazirliyinin Rusiyanın Romadakı səfiri Aleksey Paramonovu çağırması xəbərindən sonra Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova verib.
Bu, Kiyevdəki terror rejiminə sponsorluq etməyin cinayət və günah olduğunu İtaliyaya bir daha xatırlatmaq üçün fürsət olacaq”, - Zaxarova bildirib.
Noyabrın 3-ü axşam saatlarında İtaliya Xarici İşlər Nazirliyinin Paramonovu çağırdığı açıqlanıb. Çağırılma səbəbi açıqlanmayıb.