Вернуться назад Распечатать

Almaniya Ukraynadan olan qaçqınları güzəştlərdən məhrum etməyə çağırır

Xristian Demokratlar İttifaqının (CDU) baş katibi Karsten Linnemann Ukraynadan olan qaçqınlara Almaniyada müavinət verilə bilməz.

1xeber.media xəbər verir ki, bu barədə Finanznachrichten.de məlumat yayıb.

Almaniyanın əsas siyasi qüvvəsi olan partiya rəhbərinin fikrincə, ukraynalı gənclər dövlətdən sosial müavinət almamalıdırlar. Siyasətçi qaçqın statusu üçün müraciət etməkdənsə, iş tapıb özlərini dolandırmalı olduqlarını vurğulayıb.

Linnemann digər ölkələrdə məşğulluq nisbətlərinin əhəmiyyətli dərəcədə yüksək olduğunu vurğuladı.

Bundan əvvəl Berlinin Ukraynadan olan qaçqınları qəbul edən ən böyük mərkəzinin ilin sonuna kimi bağlanacağı açıqlanmışdı.