Вернуться назад Распечатать

Azərbaycanla BƏƏ arasındakı bu saziş təsdiqləndi

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi təsdiqlənib.

1xeber.media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi”nin təsdiq edilməsi haqqında Qanunu imzalayıb.

Qeyd edək ki, sazişin imzalanması bu il iyulun 9-da Əbu-Dabi şəhərində baş tutub.