Вернуться назад Распечатать

Gürcüstan polisindən "qanuni oğru"lara qarşı əməliyyat - Mirzə Əliyev öldürüldü (YENİLƏNİB)

Gürcüstanın Kabali kəndində xüsusi əməliyyat zamanı öldürülən Mirzə Əliyevlə bağlı yeni detallar məlum olub.

1xeber.media xarici KİV-ə istinadən xəbər verir ki, polis M.Əliyevin yaşadığı ünvana basqın edib. 

Ailə üzvləri bildirib ki,  52 yaşlı Mirzə Əliyev əvvəl oğru olduğunu düşünüb və ilk atəşi açıb. Eyni zamanda, onlar Əliyevin “oğru aləmi” ilə heç bir əlaqəsinin olmadığını vurğulayıblar. 

Bundan başqa, “Vahid Milli Hərəkat”ın üzvü və bələdiyyənin sabiq deputatı Eva Lomtadze bildirib ki, Mirzə Əliyev Kabali kəndində “Gürcü Arzusu” partiyasının seçki koordinatorlarından biri olub

***

Gürcüstan polisi Laqodexi rayonunun Kabali kəndində "qanuni oğru"lara qarşı xüsusi əməliyyat keçirib.

1xeber.media xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Bildirilir ki, əməliyyat zamanı həbs edilməli olan Mirzə Əliyev xüsusi təyinatlıların əsgərlərinə atəş açıb. Nəticədə xüsusi təyinatlı əsgərlərdən biri döş qəfəsindən ağır xəsarət alıb, Mirzə Əliyev cavab atəşi ilə zərərsizləşdirilib.

Qeyd olunur ki, əməliyyat zamanı kriminal aləmin 34 üzvü saxlanılıb. Onlar cinayət işində ittiham olunurlar.