Bolqarıstan prezidenti Rumen Radev “Lukoyl”a bağlı şirkətlərin aktivləri ilə bağlı əməliyyatlara nəzarətin xüsusi prosedurunu müəyyən edən “İnvestisiyaların təşviqi qanununa dəyişiklik edilməsi haqqında” qanuna veto qoyub.
1xeber.media xəbər verir ki, bu barədə noyabrın 5-də Radevin mətbuat xidməti öz saytında məlumat yayıb.
Bəyanatda bildirilir ki, oktyabrın 24-də qəbul edilən qanun daşınmaz əmlak, daşınar əmlak və dörd “Lukoyl” şirkətinin səhmləri ilə bağlı əməliyyatlar üçün hökumətin razılığı və Milli Təhlükəsizlik üzrə Dövlət Agentliyinin (DANS) müsbət rəyini tələb edirdi.
“Prezident öz vetosuna haqq qazandıraraq bildirir ki, qanun Nazirlər Şurasını funksional və əməliyyat baxımından Milli Təhlükəsizlik üzrə Dövlət Agentliyinin rəyindən asılı edir və bu, konstitusiya baxımından qəbuledilməzdir”, - deyə məlumatda bildirilir.