Вернуться назад Распечатать

Sumqayıtda dəmir yolundan rels oğurladılar

Sumqayıt şəhərində dəmir yolu stansiyası ərazisində oğurluq hadisəsi baş verib.

1xeber.media xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, polisə stansiya ərazisindən istismardan çıxarılan relslərin oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə əməli törətməkdə şübhəli bilinən 44 yaşlı A.Paşayev, həmçinin əvvəllər məhkum olunmuşlar - 22 yaşlı X. Hüseynov, 23 yaşlı X. Ağayev və 26 yaşlı S. Elbruszadə saxlanılıblar.

Araşdırma aparılır.