Вернуться назад Распечатать

Vəkil hoteldə dərmandan zəhərlənərək öldü - YENİLƏNİB

Xəbər verdiyimiz kimi, tanınmış vəkil Elkin Kərimli Yevlaxda hoteldə dərmandan zəhərlənərək ölüb. 

1xeber.media xəbər verir ki, Elkin Zakir oğlu Kərimli 1988-ci ildə Bakı şəhərində anadan olub, əslən Xızı rayonunun Tıxlı kəndindəndir. Uzun zamandır vəkillik fəaliyyəti ilə məşğuldur. Ötən il ailə quran Elkinin bir neçə gün əvvəl qızı dünyaya gəlib.

*** 

Yevlaxda 37 yaşlı kişi dərmandan zəhərlənərək ölüb.

1xeber.media xəbər verir ki, hadisə Yevlax şəhərinin ərazisində yerləşən “Həmdəm” hotelində baş verib.

Hoteldə qalan 1988-ci il təvəllüdlü Elkin Zakir oğlu Kərimli dərmandan zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.