Вернуться назад Распечатать

Horadiz–Cəbrayıl-Zəngilan–Ağbənd avtomobil yolu ödənişli olacaq

Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun ödənişli olması nəzərdə tutulub.

1xeber.media  xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mütəxəssisi Ziyəddin Həsənov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bunun üçün ödənişsiz alternativ yol da çəkilib:

"Alternativ yol Horadiz-Cəbrayıl-Zəngilan ərazisindən keçir. Yol ikinci texniki dərəcəyə uyğun olaraq artıq istismara verilib".