Вернуться назад Распечатать

İcra başçısı Şəhidlərin anım günündə...

Taleh Qaraşov şəhid Emil Qurbanov, Əbdülhəsən Həsənzadə, Röyal İbrahimov, Valeh Əkbərzadə, Taleh İsmayılov, Baloğlan Əhədli və Şəhriyar Həbiblinin anım günündə iştirak edib

1xeber.media xəbər verir ki,noyabrın 6-da Vətən müharibəsi şəhidləri Qurbanov Emil Vaqif oğlunun, Həsənzadə Əbdülhəsən Mirzə oğlunun, İbrahimov Röyal Qulam oğlunun, Əkbərzadə Valeh Asim oğlunun, İsmayılov Taleh Səndəl oğlunun, Əhədli Baloğlan Şakir oğlunun və Həbibli Şəhriyar Vidadi oğlunun anım günüdür. Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, şəhər İcra hakimiyyəti aparatının kollektivi və ictimaiyyətin nümayəndələri şəhidlərin Şiləvar, Havzova, Vel, Boladi, Gəgiran və Osakücə kənd qəbristanlığındakı qəbrlərini ziyarət edib, məzarları önünə tər güllər düzüb, ruhlarına dualar ediblər.

Taleh Qaraşov şəhid ailələrinin üzvləri ilə söhbət edib, onların qayğı və problemləri ilə yaxından maraqlanıb.
Şəhid ailələrinin üzvləri cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə onlara təşəkkürünü bildiriblər.
Allah rəhmət eləsin!