Amerikalı reper Şon Kombs (P. Diddy) ABŞ Prezidenti Donald Trampın yaxın zamanda onu əfv edəcəyini bildirib.
1xeber.media xəbər verir ki, bu barədə məlumatı “TMZ” yayıb.
Məlumata görə, hazırda insan alveri ilə bağlı ittiham üzrə cəza çəkən P. Diddy həbsxanadakı məhbus yoldaşlarına “bir neçə ay ərzində Prezident tərəfindən əfv olunacağını” söyləyib.
Reper həmçinin ətrafındakılara vəd verib ki, azadlığa çıxandan sonra da onlara maddi dəstək göstərəcək.
Xatırladaq ki, məhkəmənin hökmünə əsasən, Şon Kombs 4 il 2 ay azadlıqdan məhrum edilib və 500 min dollar məbləğində cərimə ödəməlidir.