Вернуться назад Распечатать

ƏƏSMN-in “sevimli şirkəti” daha bir tender uddu

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Məşğulluq Agentiyi (DMA) daha bir tender keçirib. Tribunainfo.az xəbər verir ki, Agentlik özünə mebel və digər inventar malları satın alacaq.
Məlumatda qeyd edilir ki, DMA-nın tenderinin qalibi “DEKORİKO” QSC olub. Şirkətlə 26 min 101 manatlıq müqavilə imzalanıb.

1xeber.media xəbər verir ki,Tribunainfo.az-ln  “Ddekoriko” şirkəti ilə bağlı açıq mənbələr üzərindən apardığı araşdırma zamanı maraqlı detalları üzə çıxarıb.

Belə ki, sözügedən QSC indiyə qədər ƏƏSMN-dən kənar heç bir tenderə qatılmayıb. Yalnız onun tenderlərində iştirak edib və qalib olub. Məsələn, DOST Agentliyi bu ilin sentyabrında 142 çağırı mərkəzi üçün “Dekoriko”dan 22 min 890 manatlıq mebel alıb.
İki il öncə isə ƏƏSMN-in tabeliyindəki Dövlət Əmək Müfəttişliyi “sevimli” şirkətini keçirdiyi tenderin qalibi edib. Həmin vaxt inventarların satınalınması üçün 36 min 766 manat xərc çəkilib.
Bundan bir qədər əvvəl isə ƏƏSMN-in özü “Dekoriko” ilə mebel və inventarların satınalınması məsələsində anlaşma əldə edib. Bunun üçün isə tərəflər arasında 73 min 393 manatlıq müqavilə imzalanıb.

Araşdirma zamanı məlum olub ki, nizamnamə kapitalı 2 min manat olan “Dekoriko” QSC-nin hüquqi ünvanı Sabunçu rayonu, Balaxanı ŞTQ, Balaxanı-Binəqədi şossesi, ev 17a-də yerləşir. QSC-nin qanuni təmsilçisi isə Əmiraslanov Knyaz Bəxtiyar oğludur.

Maraqlıdır ki, tender prosesinə nəzarət edən qurumlar bu şirkətin tenderlərini araşdırmayıb. Ən azından “Dekoriko”nun yalnız ƏƏSMN-in tenderlərini udması kifayət qədər diqqət çəkən və araşdırılması vacib olan mövzulardandır.
Yazıda adı keçən qurum və tərəflərin də mövqeyini dərc etməyə hazırıq.