Vaqif Qurbanova “Milli Qəhrəman” adı verilib.
1xeber.media xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Silahlı Qüvvələrinin ilk hərbi təyyarəçisi baş leytenant Qurbanov Vaqif Bəxtiyar oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı ilə təltif edilib.
Qeyd edək ki, Vaqif Qurbanov 1992-ci ildə şəhid olub.
***
Həmin Sərəncama əsasən, Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdikləri igidliyə görə aşağıdakı şəxslər də təltif ediliblər:
“Azərbaycan Bayrağı” ordeni ilə
Quliyev Akif Bayram oğlu – ehtiyatda olan baş gizir.
“İgidliyə görə” medalı ilə
Binyətov Gülbudağ Əli oğlu – ehtiyatda olan polkovnik-leytenant;
Əliyev Bəşir İman oğlu – ehtiyatda olan mayor;
Cəlilov Elman Səyyad oğlu – ehtiyatda olan kapitan;
Şalbuzov Tofik Şıxbala oğlu – ehtiyatda olan baş gizir.