Вернуться назад Распечатать

“Pajizni cesi” 60 sutkalıq həbs olundu

Sosial şəbəkələrdə, xüsusilə də canlı yayımlar zamanı cəmiyyətə qarşı açıqca hörmətsizlik edən, mənəvi dəyərlərə zidd davranışlar sərgiləyən şəxslərə qarşı polis tərəfindən müvafiq tədbir davam etdirilir.

1xeber.media xəbər verir ki, “Qafqazinfo"nun əldə etdiyi məlumata görə qeyd edilən əməllərə yol verən sosial şəbəkədə “pajizni cesi” səhifəsi işlədən və eyni ləqəblə tanınan 1998-ci il təvəllüdlü Cəsarət Cavadov Xəzər RPİ 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində məhkəmənin qərarı ilə 60 sutka inzibati qaydada həbs qərarı verilib.