Вернуться назад Распечатать

MAQATE Zaporojjya Atom Elektrik Stansiyasının yaxınlığında atəşkəslə razılaşıb

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Zaporojjya Atom Elektrik Stansiyasında lokal atəşkəsə razılaşıb.

1xeber.media xəbər verir ki, bu barədə agentliyin rəhbəri Rafael Qrossinin bəyanatında deyilir.

"MAQATE-nin vasitəçiliyi ilə əldə edilmiş son yerli atəşkəs razılaşması qüvvəyə minib. Bu, stansiyanın elektrik şəbəkəsinə qoşulmasını gücləndirmək üçün təmirə başlamağa imkan verib", - o deyib.