Avropa İttifaqı (Aİ) ölkələrinə səyahət imtiyazdır.
1xeber.media xəbər verir ki, bunu noyabrın 7-də Avropa İttifaqının ali nümayəndəsi Kaja Kallas deyib.
O, sosial media platforması X (keçmiş Twitter) hesabında yazıb: "Avropa İttifaqı Avropa ərazisində dronların dayandırılması və təxribatların davam etməsi fonunda Rusiya vətəndaşları üçün viza qaydalarını sərtləşdirir. Aİ-yə səyahət imtiyazdır, verilən deyil".
Həmin günün əvvəlində Avropa Komissiyası (AK) Rusiya vətəndaşlarına yeni çoxdəfəlik vizaların verilməsinə qadağa qoyulduğunu elan edib.