Вернуться назад Распечатать

Tramp Maduronu devirməyə çağırıb

ABŞ prezidenti Donald Tramp Venesuela lideri Nikolas Maduronu devirməlidir.

1xeber.media xəbər verir ki,  bu fikri Atlantik Şuranın Scowcroft Strategiya və Təhlükəsizlik Mərkəzinin vitse-prezidenti və baş direktoru Metyu Kroeniq “The Foreign Policy” jurnalı üçün yazdığı məqalədə bildirib.

"Bu, iddialı və ruhlandırıcı məqsəddir. Əgər Tramp Maduronu hakimiyyətdən uzaqlaşdırmağa və Latın Amerikasında güclü, amerikapərəst demokratiya qurmağa nail olsa, bu, ABŞ üçün böyük xarici siyasət uğuru olacaq", - köşə yazarı yazır.

Kroeniq-in fikrincə, Maduronu devirmək üçün hərbi əməliyyat Vaşinqtona ABŞ qoşunlarının daimi yerləşdirilməsi olmadan Latın Amerikası ölkəsində tez bir zamanda demokratik rejim qurmağa imkan verəcək.

Bundan əvvəl “The Atlantic” jurnalının yüksək vəzifəli mənbələri ABŞ-ın müəyyən şərtləri yerinə yetirəcəyi təqdirdə Maduro-nun könüllü olaraq istefa verə biləcəyi barədə məlumat vermişdilər.