Ukrayna prezidenti Vladimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə nəticələr əldə olunarsa, görüşə hazır olduğunu bəyan edib.
1xeber.media xəbər verir ki, onun sözlərini RBC-Ukrayna öz Telegram kanalında sitat gətirib.
“Əgər mütləq atəşkəsə və müharibənin dayandırılmasına gətirib çıxaran görüş olarsa, Ukrayna müxtəlif formatları dəstəkləyəcək”, - Zelenski bildirib.
Daha əvvəl Vladimir Zelenski bəyan etmişdi ki, Ukraynanın Krasnoarmeyski (Ukrayna adı Pokrovsk) itirməsi Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini gecikdirə bilər.
Bundan əvvəl “Politico” yazıb ki, bəzi Avropa liderləri Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın qarşıdakı görüşdə iştirakını təmin etmək istəyirlər. Onlar qorxurlar ki, Tramp sülh sazişinin şərtlərini müəyyənləşdirməkdə “yenidən Putinin tərəfini tutacaq” və Zelenskiyə Rusiyanın şərtləri ilə razılaşması üçün təzyiq göstərəcək.