Вернуться назад Распечатать

Tramp Orbanla Putinlə görüşü müzakirə etməyə hazır olduğunu bildirib

1xeber.media xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Macarıstanın baş naziri Viktor Orbanla Rusiya prezidenti Vladimir Putinlə görüşün təşkili imkanını müzakirə etmək niyyətini təsdiqləyib.

"Putinlə görüşlər - bəli, Viktorla bu barədə danışdıq. O, Putini başa düşür və onu çox yaxşı tanıyır", - Tramp jurnalistlərə müraciət edərək deyib.

ABŞ prezidenti həmçinin Ukraynadakı münaqişənin sülh yolu ilə həlli perspektivləri ilə bağlı nikbin olduğunu bildirib. ABŞ lideri münaqişənin “yaxın gələcəkdə” bitəcəyinə əmin olduğunu bildirib.