Вернуться назад Распечатать

Türkiyə XİN-dən Zəfər Günü ilə bağlı paylaşım

Türkiyə Xarici İşlər Nazirliyi 8 Noyabr – Zəfər Günü ilə bağlı paylaşım edib.

1xeber.media xəbər verir ki, nazirliyin “X” hesabında edilən paylaşımda deyilir:

“Azərbaycan xalqının əzmi və qəhrəmanlıqla qazandığı zəfərin beşinci ildönümünü təbrik edir, Vətən torpağı uğrunda canlarını fəda edən bütün qəhrəmanları hörmət və rəhmətlə anırıq”.