8 Noyabr - Zəfər Gününün 5 illiyi Cəbrayıl şəhərində təntənəli şəkildə qeyd olunub.
1xeber.media xəbər verir ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi, Mədəniyyət Nazirliyi və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə ərsəyə gələn tədbirdə incəsənət xadimlərinin təqdimatında bəstəkar və xalq mahnıları səsləndirilib.
Cəbrayıl şəhəri, Cocuq Mərcanlı, Horovlu, Ağalı və Məmmədbəyli kənd sakinlərində və qonaqlarda əsl coşqu yaradan “Dərviş” qrupu repertuarındakı ən sevilən mahnılarını ifa edərək bayram konsertini tamamlayıb.
Tədbirdə balaca sakinlər də yaddan çıxmayıb - bayram şənliyi boyunca feys-art rəssamları uşaqların üzlərində müxtəlif şəkillər çəkərək bayrama əsl rəng qatıblar. Axşam saatlarında Cəbrayıl şəhəri, Ağalı və Məmmədbəyli kəndlərinin səmasında Zəfər Günü münasibətilə atəşfəşanlıq nəzərdə tutulub.



