Goranboyda “8 noyabr-Zəfər Günü” ilə bağlı ümumrayon tədbiri keçirilib.
1xeber.media xəbər verir ki, “8 noyabr-Zəfər Günü” ilə bağlı, Goranboyda keçirilən ümumrayon tədbirində rayon İcra Hakmiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, xidmət təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirakı ediblər.
Tədbir iştirakçıları öncə, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini və Goranboy şəhər Şəhidlər Xatirə Komplesini ziyarət edərək, Ümummilli Liderin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirələrini ehtiramla yad etdilər. Tədbirdə, vətənpərvəlik mövzusunda əl işlərindən ibarət sərgiyə, gənclərin iştirakı ilə təşkil edilmiş idman və musiqi nümunələrinə baxış keçirildi, bayram konserti nümayiş etdirildi.






