Вернуться назад Распечатать

Hakan Fidan Azərbaycanı "Zəfər Günü münasibətilə təbrik etdi

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycanı 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib.

1xeber.media xəbər verir ki, bu barədə nazir "X" sosial media hesabında paylaşım edib.

"Qardaş Azərbaycanın 8 Noyabr - Zəfər Gününü ən səmimi duyğularımla təbrik edirəm. Qarabağlıların öz torpaqlarına qovuşmasını təmin edən o tarixi mübarizənin qəhrəmanlarını dərin ehtiramla yad edir, Vətən uğrunda canını fəda etmiş bütün şəhidlərimizə rəhmət, qazilərimizi isə minnətdarlıqla anıram", - paylaşımda qeyd olunub.

H.Fidan "Qarabağ Azərbaycandır!" həqiqətinin xalqların yaddaşında və bölgənin gələcəyində əbədi yaşayacağına inamını ifadə edib:

"Bu gün Prezident Rəcəb Tayyib Ərdoğanla birlikdə Bakıda olmaqdan, qardaşlığımızı bir daha dərindən hiss etməkdən və Azərbaycan xalqının qüruruna şərik olmaqdan böyük şərəf duyuruq".