Ukraynanın Lvov şəhərində məşhur britaniyalı anonim küçə rəssamı Benksinin (Banksy) üslubunu xatırladan qraffiti aşkar edilib.
1xeber.media xəbər verir ki, şəkli paylaşan instaqram istifadəçisi Benksinin profilini işarə edərək bu əsərin ona məxsus olub-olmadığını soruşub.
Daha sonra Lvov vilayət hərbi administrasiyasının rəhbəri Maksim Kozitski də həmin şəkli paylaşıb:
“Uşaqlarımızın başı üzərində müdafiə çətiri tutan səma müdafiəçilərinə təşəkkür edirik”.
Xatırladaq ki, rəssam daha əvvəl Kiyev vilayətinin Borodyanka bölgəsində də qraffiti çəkmişdi. Həmin qraffitinin fotosu rəssamın saytında yerləşdirilmişdi.
Qeyd edək ki, Benksi şəxsiyyəti ictimaiyyətə məlum olmayan britaniyalı rəssamın ləqəbidir. O, dünyanın ən məşhur küçə rəssamlarından biri hesab olunur. Əsərləri isə milyonlarla dollara satılır.