"Livanın cənubunda "Hizbullah"ın rəhbərliyi altında fəaliyyət göstərən "Livan müqavimət briqadaları"ndan 2 döyüşçü məhv edilib.
1xeber.media xəbər verir ki, bu barədə İsrail ordusunun (ÇAXAL) X hesabında paylaşım edilib.
“Onlar silah qaçaqmalçılığı ilə məşğul olublar ki, bu da İsrail və Livan arasında razılaşmanın pozulması deməkdir", - məlumatda bildirib.