Вернуться назад Распечатать

Zəfər Günü Şamaxıda qeyd olundu - Fotolar

8 Noyabr - Zəfər Günü münasibətilə Şamaxı rayonunda təntənəli tədbir keçirilib. 

1xeber.media xəbər verir ki, təbdirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam Cəfərova, hüquq mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri və müharibə iştirakçıları iştirak ediblər.

Tədbirdən öncə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin abidəsini və Şəhidlər Xiyabanını ziyarət edib, Ulu Öndərin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər.

Respublikamızın hər yerində olduğu kimi Şamaxı rayonunda da şanlı Qələbəmizin 5-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib. Rayonun müxtəlif yerlərində onlarla ağaclar əkilib.

Şamaxı rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və Milli Məclisin deputatı Tamam Cəfərova Şanlı Zəfər münasibəti ilə tədbir iştirakçılarını təbrik ediblər, bu Qələbənin Müzəffər Ali Baş Komandan İlham Əliyevin, onun Ordusunun və Azərbaycan Xalqının tarixi Qələbəsi olduğu barədə geniş söz açıblar.

Daha sonra Zəfər gününə həsr olunmuş “Qızıl payız” adlı sənədli film nümayiş olunub.

Rəsmi hissədən sonra mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə 8 Noyabr - Zəfər gününə həsr olunmuş konsert proqramı tədbir iştirakçılarına təqdim olunub.