Вернуться назад Распечатать

Rusiya Ukraynaya zərbə endirdi: şəhərlər işıqsız qaldı

Rusiya ordusu yüksək dəqiqlikli uzaqmənzilli hava, quru və dəniz silahlarından, o cümlədən "Xəncər" hipersəs raketlərindən, eləcə də pilotsuz uçuş aparatlarından istifadə etməklə Ukraynaya zərbələr endirib.

1xeber.media xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, zərbə zamanı hədəf Ukrayna hərbi-sənaye kompleksinin müəssisələri, həmçinin Ukraynadakı qaz və energetika obyektləri olub. Hücumlar nəticəsində ölkədə bütün dövlət istilik elektrik stansiyalarının fəaliyyəti dayandırılıb. Hazırda ölkədə elektrik enerjisinin istehsalı da dayandırılıb. Bəzi şəhərlər işıqsız qalıb.

Bundan əlavə, Rusiya ordusunun hücumu nəqliyyat infrastrukturuna da zərər vurub. Belə ki, Poltova vilayətinə edilən zərbələrdən sonra bir sıra şəhərlərarası və şəhərətrafı qatarların hərəkətində xeyli gecikmələrə səbəb olub.