Вернуться назад Распечатать

ABŞ-da Trampın seçki qərargahına sızan şəxs saxlanılıb

1xeber.media xəbər verir ki, noyabrın 30-da ABŞ polisi ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Virciniya ştatındakı seçki qərargahına qanunsuz daxil olan şəxsi saxlayıb. 

Bu barədə dekabrın 5-də Washington Post  məlumat yayıb.“Noyabrın 30-da polis 11 avqust 2024-cü ildə Donald Trampın seçki qərargahına qeyri-qanuni giriş və oğurluqda şübhəli bilinən 39 yaşlı amerikalını saxlayıb”, - məlumatda bildirilir.

Şübhəli şəxs 39 yaşlı, əvvəllər məhkum olunmuş Tobi Şeyn Kessler olub. Yerli polisin məlumatına görə, Kessler qeyri-qanuni olaraq qərargaha arxa qapıdan daxil olub və bir müddət orada qalıb. Polis cinayətin motivləri və konkret şəraiti açıqlamayıb.