Вернуться назад Распечатать

Ağ Ev rəsmisi BBC-ni sərt tənqid etdi

Ağ Evin mətbuat katibi Kerolayn Livitt BBC-ni “yüz faiz saxta media” və “təbliğat maşını” adlandırıb.

1xeber.media xəbər verir ki, o bu barədə “The Telegraph” qəzetinə verdiyi müsahibədə bildirib.

Livitt qeyd edib ki, Böyük Britaniyaya səfərləri zamanı BBC-nin bülletenlərinə baxmaq onun gününü məhv edir və əlavə edib ki, vergi ödəyiciləri “solçu təbliğat maşınının hesabını ödəməyə məcbur edilirlər”: “Qəsdən seçilərək, vicdansızcasına redaktə edilmiş BBC videosu artıq Birləşmiş Krallığın böyük insanlarının televiziya ekranlarında göstərilməsinə dəyməyən, yüz faiz saxta xəbər olduğunun daha bir sübutudur. Prezident Trampla birlikdə Böyük Britaniyaya gələndə və hotel otaqlarımızda BBC-yə baxmağa məcbur olanda onların açıq-aşkar təbliğatını və ABŞ Prezidenti və onun Amerikanı daha yaxşı, dünyanı isə daha təhlükəsiz bir yerə çevirmək üçün etdiyi hər şey haqqında yalanlarını dinləmək günümü korlayır”.

Qeyd edək ki, bundan əvvəl britaniyalı deputatlar ABŞ prezidentinin BBC Panoramanın sənədli filmində çıxışının necə redaktə edilməsi ilə bağlı danışmışdılar. “The Telegraph”ın əldə etdiyi sənəddə bildirilirdi ki, çıxışın iki fərqli hissəsi birləşdirilərək izləyiciləri tamamilə yanıldıblar. 

Verilişdə Trampın 6 yanvar 2021-ci il iğtişaşlarından əvvəl tərəfdarları ilə birlikdə Kapitoliyə yürüş edəcəyini elan etməsi və onları “var gücü ilə mübarizə aparmağa” çağırdığı göstərilirdi. Lakin proqramda Trampın izdihamı “dinc və vətənpərvər şəkildə özlərini aparmağa” çağırdığı hissə çıxışdan çıxarılıb.

Qəzetin məlumatına görə, sözügedən reportaj BBC-nin Redaksiya Qaydaları və Standartları Komitəsinin keçmiş müşaviri Maykl Preskotun yazdığı bir qeydə əsaslanır. Preskot bu ilin əvvəlində vəzifəsindən ayrılıb və sənədlə bağlı heç bir şərh verməyib.