Qarşıdakı iki gün ərzində Yer kürəsində zəif maqnit qasırğaları proqnozlaşdırılır.
1xeber.media xəbər verir ki, bu barədə Rusiya Kosmik Tədqiqatlar İnstitutu məlumat yayıb. Bildirilir ki, qasırğanın səviyyəsi demək olar ki, G2 sinfinə çatacaq.
Alimlər vurğulayıblar ki, maqnit qasırğasının noyabrın 11-də başlayacağı gözlənilir. Bu gün səhər və günorta saatlarında şərait sakit olacaq, lakin axşama doğru bu vəziyyət dəyişəcək. Təxminən saat 18:00-da maqnit qasırğasının sinfi artmağa başlayacaq. Bir neçə saat sonra, gecə yarısı G2 sinfinə - zirvəyə çatacaq.
Maqnit qasırğasının aktivliyinin azalması yalnız noyabrın 12-də gözlənilir. Sonra isə aktivliyin səviyyəsi aşağı düşməyə başlayacaq.
Xatırladaq ki, Günəş son günlər kifayət qədər təlatümlü hərəkət edir. Noyabrın 9-da ulduzda güclü parlama baş verib. Alimlər hətta bunu videoya da çəkə biliblər. Hadisə daha bir maqnit qasırğası ilə müşayiət olunub.