Вернуться назад Распечатать

Sərhədə yığılan yük maşınlarını müsadirə etməklə hədələdi

''Belarus Litva ilə sərhədi açmağa hazırdır, çünki onu Minsk bağlamayıb". 

1xeber.media xarici KİV-ə istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib. 

"Bəyan etmək istəyirəm: biz çoxdandır ki, sərhədi açmağa hazırıq. Biz onu bağlamamışıq. O, bir neçə saata bizim tərəfdən öz işini bərpa edə bilər. Sərhədçilər ümumilikdə buna hazırdır", - "Belta" xəbər agentliyi dövlət başçısının sözlərindən sitat gətirib. 

Prezidentin sözlərinə görə, Litvanın bütün maşınları nəzarət-buraxılış məntəqələrinə toplanıb və mühafizə olunur: "Gələcəkdə bizi orada pis iş görməkdə günahlandırmasınlar. Onlar mühafizədədirlər. Əgər onları evakuasiya etmək istəsələr, danışıqlar aparacağıq. Maşınlar yığılıb, mühafizə olunur. Onları saxlayanlar, məncə, gündə 120 avro istəyirdilər. Mühafizəçiyə pul ödəyiblər. Orada dayanan günlərin sayını 120 avro ödəyib maşınlarını götür. Əgər bu, yaxın bir neçə gün ərzində həyata keçirilməsə, Xarici İşlər Nazirliyinin qeyd etdiyi kimi, qanunlarımıza uyğun olaraq, 1100 və ya 1200 nəhəng yük maşını müsadirə edilə bilər".