Şəkidə yaşayış evi yanaraq külə dönüb.
1xeber.media xəbər verir ki, yanğın Şəki şəhəri Bağbanlar küçəsində yaşayan 1960-cı il təvəllüdlü Hüseynova Kəmalə Bəlyar qızına məxsus fərdi yaşayış evində baş verib.
Yanğın yerinə Şəki DYMH-nin texnikaları cəlb olunub. Ümumi sahəsi 120 kvadratmetr olan fərdi yaşayış evinin yanar konstruksiyaları və icərisindəki əşyaları tamamilə yanıb.
Yanğın zamanı xəsarət alan olmayıb.