Rusiyalı milyarder, kriptovalyuta treyderi Roman Novak və həyat yoldaşı Anna Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) kirayə götürdükləri villada qətlə yetirilib.
1xeber.media xəbər verir ki, cütlük BƏƏ-nin Hatt şəhərində investorlarla görüş zamanı yoxa çıxıb.
Onların sürücüsü Novak və həyat yoldaşını göl kənarındakı dayanacaqda düşürüb. Cütlük daha sonra başqa bir avtomobilə minərək, ərazidən uzaqlaşıb və onlardan bir daha xəbər alınmayıb.
Təxminən bir ay sonra polis onların cəsədlərini kirayə götürdükləri villada aşkarlayıb. Araşdırmalar nəticəsində məlum olub ki, Roman Novak milyardlarla dollar dəyərində olduğu ehtimal edilən kripto pul kisəsi üçün fidyə məqsədilə qaçırılıb.
Hadisə ilə bağlı 8 nəfər saxlanılıb.
Onlardan 4-ü avtomobil və villanı icarəyə götürərək, cütlüyü aldatmaqda ittiham olunur. Hazırda istintaq davam edir.