Ermənistan parlamentinin spikeri Alen Simonyan Rusiya Federasiyasını ölkəsinə qarşı “hibrid müharibə” apardığını bildirib. Bu barədə o, noyabrın 5-də özünün teleqram kanalında paylaşım edib.
Simonyan Moskvanın “mediada təsir vasitələrindən istifadə edərək İrəvana təzyiq göstərdiyini” bildirib.
1xeber.media xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Simonyana cavab verib.
Zaxarova bildirib ki, bu cür bəyanatlar iki ölkə arasında münasibətlərin inkişafına qarşı yönəlib:
“Belə fikirləri səsləndirənlər əslində Rusiya ilə Ermənistan arasında əlaqələrin inkişafına qarşı çıxırlar.”
O qeyd edib ki, Moskva erməni tərəfin narahatlıqlarını açıq şəkildə müzakirə etməyə hazırdır:
“Biz Ermənistan parlamenti xətti ilə, eləcə də aidiyyəti qurumlar arasında təklif etdiyimiz məsləhətləşmələr çərçivəsində bu məsələləri müzakirə etməyə hazırıq.”