Qazaxıstanın qızıl ehtiyatlarının artımı təxminən 98 ton təşkil edib.
1xeber.media xəbər verir ki, bu barədə sənaye və tikinti nazirinin müavini İran Şarhan hökumətin iclasında bildirib.
Onun sözlərinə görə, ölkə üzrə 103 növ faydalı qazıntı və təxminən 10 min yataq dövlət uçotu ilə əhatə olunub:
“Bərk faydalı qazıntılar üzrə 2900-dən çox lisenziya və 250 kontrakt qüvvədədir”.
İ.Şarhan həmçinin ölkənin geoloji və geofiziki kəşfiyyat sahələrinin 2,2 milyon kvadrat kilometrə qədər genişləndirilməsi üzrə işlərin aparıldığını bildirib və əlavə edib ki, bu günə qədər təxminən 2 milyon kvadrat kilometr sahə kəşf edilib.