Вернуться назад Распечатать

Kyesa İtaliya millisinə qoşulmaqdan imtina edib

İngiltərə çempionu "Liverpul"un 28 yaşlı hücumçusu Federiko Kyesa bu ay keçiriləcək dünya çempionatının seçmə mərhələsi üçün İtaliya millisinə qoşulmaqdan imtina edib.

1xeber.media xəbər verir ki, bu barədə İtaliya millisinin baş məşqçisi Cennaro Qattuzo məlumat yayıb. 

Bu mövsüm Kyesa "Liverpul"da 12 oyun keçirib, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.

İtaliya millisi bu ay Moldova (13 noyabr) və Norveç (16 noyabr) ilə mübarizə aparacaq.