Вернуться назад Распечатать

Papuaşvili təyyarə qəzasından danışdı

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus yük təyyarəsinin qəzaya uğramasından kədərləndiyini bildirib.

1xeber.media xəbər verir ki, bu barədə o, özünün X hesabında yazıb. 

"Gürcüstanda Türkiyəyə məxsus hərbi yük təyyarəsinin faciəvi şəkildə qəzaya uğraması məni dərindən kədərləndirdi. Qəlbimiz həyatını itirən ekipaj üzvlərinin ailələri ilədir. Bu kədərli vaxtda Türkiyə ilə həmrəy olduğumuzu bildiririk", - deyə o qeyd edib.