Türkiyə Silahlı Qüvvələrinə məxsus C-130 yük təyyarəsi Azərbaycandan havaya qalxdıqdan 27 dəqiqə sonra Gürcüstanda radarlardan yoxa çıxıb.
1xeber.media xəbər verir ki, təyyarə səhər saatlarında Trabzondan Gəncəyə uçub.
Təyyarənin marşrutu ilə bağlı məlumatlar ortaya çıxsa da, qəzanın dəqiq səbəbi hələlik məlum deyil. KİV qəzaya səbəb kimi daxili partlayışın olduğunu iddia edir.
Yük təyyarəsi havaya qalxdıqdan 27 dəqiqə sonra radarlardan yoxa çıxıb.
Məlumatlara görə, saat 10:50-də Trabzondan havaya qalxan yük təyyarəsi əvvəlcə saat 12:06-da Gəncə şəhərinə eniş edib. Orada qısa bir gözləmədən sonra təyyarə saat 14:20-də Gəncədən Türkiyəyə yola düşüb və qalxdıqdan 27 dəqiqə sonra radarlardan yoxa çıxıb.