Deyan Stankoviç "Spartak"ın baş məşqçisi vəzifəsindən ayrılıb.
1xeber.media xəbər verir ki, bu barədə Moskva futbol klubunun mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir: "Spartak hazırda Rusiya Premyer Liqasının turnir cədvəlində altıncı yerdədir ki, bu da klub rəhbərliyini qane etmir. Stankoviçlə müzakirələrdən sonra qarşılıqlı razılıq əsasında tərəfdaşlığa xitam vermək qərarı verilib".
Qarşıdakı oyunlarda komandanı Stankoviçin heyətində olan Vadim Romanov hazırlaşdıracaq.