Вернуться назад Распечатать

Tokayevin təyyarəsini niyə rus qırıcları müşayiət edib?

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin təyyarəsini Rusiya qırıcılarının müşayiət etməsi təhlükəsizlik məsələləri ilə bağlı deyil.

1xeber.media xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Xeyr, bu, təhlükəsizliklə bağlı deyil. Bu, sadəcə fəxri qarovuldur, dövlət səfəri ilə bağlıdır. Bu, həqiqətən də tətbiq olunur. Bu, standart təcrübədir", - Peskov jurnalistlərə Tokayevin təyyarəsinin niyə Rusiya qırıcıları tərəfindən müşayiət olunması və təhlükəsizlik üçün hər hansı təhlükənin olub-olmaması ilə bağlı sualı cavablandırarkən deyib.

Qeyd edək ki, noyabrın 11-də Tokayev iki günlük dövlət səfəri üçün Moskvaya gəlib. Qazaxıstan prezidentinin təyyarəsini Rusiyanın Su-35 qırıcıları müşayiət edib.