Вернуться назад Распечатать

Təyyarə qəzası ilə bağlı qorxunc şübhə...

“Türkiyəyə məxsus C-130 təyyarəsinin dünən Gürcüstanda qəzaya uğramasında xarici müdaxilə və sursat partlayışı versiyası da araşdırılacaq”. 

1xeber.media  xəbər verir ki, bu barədə hökumətyönlü “Türkiye” qəzeti məlumat yayıb.

“Bu, xarici təsir və ya bortda olan sursatların partlaması nəticəsində ola bilər”, – nəşr yazıb.

Qəzetin iddiasına görə, radar qeydlərində həmin dəqiqələrdə qəza yerinə bir H125 tipli helikopter  uçub.

Qeyd edək ki ,ötən gün Türkiyəyə məxsus C-130 yük təyyarəsi Gürcüstanda qəzaya uğrayıb. Hadisə nəticə 20 nəfər həlak olub. Əsas versiya  təyyarənin texniki səbəbdən qəzaya uğraması ilə bağlıdır.