“Qarabağ” dünya reytinqində daha 17 pillə irəliləyib.
1xeber.media xəbər verir ki, bu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda əksini tapıb.
192,25 xalı olan Azərbaycan çempionu 82-ci sıradan 65-ci yerə qalxıb. “Sabah” 296-cı mövqedən 276-ya, “Zirə” 407-dən 387-yə, “Araz-Naxçıvan” 391-dən 390-a yüksəlib.
Qeyd edək ki, 502 klubun yer aldığı siyahıda Fransa təmsilçisi PSJ 567 xalla liderdir.