Вернуться назад Распечатать

Şahin Məmmədov Dövlət Vergi Xidmətində yeni vəzifəyə təyin edilib

Şahin Məmmədova İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) yeni vəzifə verilib.

1xeber.media  xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.

Məlumata görə, DVX-nin rəisi Orxan Nəzərlinin əmri ilə Şahin Məmmədov qurumun Media və kommunikasiya idarəsinə rəis təyin edilib.

Qeyd edək ki, Şahin Məmmədovun bu təyinata qədər tutduğu Media şöbəsinin rəisi vəzifəsinə Günel Bəhramqızı təyin olunub.