Вернуться назад Распечатать

Azərbaycan media nümayəndələrinin Özbəkistana səfəri yekunlaşıb

“Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında media sahəsində əməkdaşlığın inkişafına dair “Yol Xəritəsi” çərçivəsində” Azərbaycan media nümayəndələrinin Özbəkistan Respublikasının Xarəzm vilayətinə səfəri yekunlaşıb.

1xeber.media xəbər verir ki.Özbəkistana mediaturun dördüncü və son günü çərçivəsində Azərbaycanın media nümayəndələri ilk növbədə Xarəzm vilayətinin Urgenç şəhərində yerləşən IT-Parkın fəaliyyəti ilə tanış olublar. Jurnalistlərə Özbəkistanın Rəqəmsal İnkişaf Nazirliyinin nəzdində fəaliyyət göstərən IT-Parkda startap layihələrinin inkişafı, rəqəmsal xidmətlərin ixracı və gənclərin informasiya texnologiyaları sahəsində təlim imkanları barədə ətraflı məlumat verilib. Bildirilib ki, hazırda parkda 250-dən çox gənc mütəxəssis fəaliyyət göstərir, startap inkubasiya mərkəzi fəaliyyətə başlayıb və regionda rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində mühüm addımlar atılır.

Xarəzmşah Cəlaləddin Məngübərdinin abidəsini ziyarət zamanı isə qeyd olunub ki, XIII əsrdə yaşamış Cəlaləddin Məngübərdi Özbəkistan tarixində igidlik, mübarizlik və milli qürur rəmzi kimi dərin iz qoyub Jurnalistlərə məlumat verilib ki, Urgenç şəhərinin mərkəzində ucaldılmış bu abidə həm yerli sakinlərin, həm də turistlərin ən çox ziyarət etdiyi tarixi məkanlardan biridir. Kompleksin ətrafı abadlaşdırılıb, istirahət zonaları və yaşıllıq sahələri salınıb, abidənin qarşısında xatirə lövhələri və informasiya guşələri yerləşdirilib.

Qeyd edək ki, qarşılıqlı informasiya mübadiləsinin genişləndirilməsi məqsədi daşıyan səfər 4-7 noyabr tarixlərini əhatə edib.