1xeber.media xəbər verir ki, Almaniya kansleri Fridrix Merz noyabrın 12-də bəyan edib ki, Almaniyanın iqtisadi ehtiyatları faktiki olaraq tükənib.
"Son illərdə biz kapitala həddən artıq güvənmişik. İqtisadiyyatımızdakı bu ehtiyatlar artıq tükənib və buna görə də biz Almaniyanı gələcəkdə, sürətlə dəyişən qlobal mühitdə biznesin aparılması üçün həqiqətən uyğun yerə çevirmək məqsədini paylaşırıq", - Merz illik iqtisadi hesabatı zamanı deyib.
O qeyd edib ki, Almaniya hakimiyyəti ölkənin potensialından tam istifadə olunmadığı halda, iqtisadi vəziyyətin əsaslı şəkildə yaxşılaşdırılmasına çalışır. O, ölkə iqtisadiyyatının qiymət rəqabət qabiliyyətinin artırılmasına çağırıb. Kansler əlavə edib ki, bürokratiyaya qənaət edilən hər bir avro digər şirkətlər tərəfindən məhsuldar şəkildə istifadə edilə bilər.