Вернуться назад Распечатать

Qəzaya uğrayan təyyarənin qara qutusu Türkiyəyə aparıldı

Gürcüstan ərazisində qəzaya uğrayan C-130 hərbi təyyarəsinin qara qutusu Türkiyəyə gətirilib.

1xeber.media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Qeyd edək ki, dünən Türkiyə Silahlı Qüvvələrinə məxsus C-130 hərbi yük təyyarəsi Gürcüstan üzərində qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədə olan 20 əsgərin hamısı həlak olub.