Вернуться назад Распечатать

Luvr oğurluğunda şübhəli bilinənlərdən biri məhkəmə nəzarəti altında sərbəst buraxılıb

1xeber.media xəbər verir ki, Fransanın “Le Figaro” qəzeti noyabrın 12-də “Frans Press” agentliyinə (AFP) istinadən xəbər verir ki, Paris Apellyasiya Məhkəməsi Luvr soyğununda təqsirləndirilən 38 yaşlı qadını həbsdən azad edib.

İstintaqın məlumatına görə, şübhəli şəxs oktyabrın sonunda keçirilən ikinci reyd zamanı saxlanılıb. O, mütəşəkkil quldurluqda iştirakda və cinayət törətmək məqsədi ilə cinayətkar təşkilatda iştirakda ittiham olunur.

Məlumata görə, İstintaq Palatası həbs qətimkan tədbirini ləğv edib və təqsirləndirilən şəxsin məhkəmə nəzarəti altında azadlığa buraxılmasına qərar verib.